ABB-də (Azərbaycan Beynəlxalq Bankı) yeni təyinat olub.


 


Sfera.az xəbər verir ki, Fərid Orucov ABB-nin Daxili Audit üzrə Ekspertiza Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.


 


O, 2016-ci ilin yanvarından indiyə kimi ABB-də Daxili Audit departamenti direktorunun müavini kimi çalışıb. Bu vəzifəyə qədər o müxtəlif banklarda rəhbər vəzifələrdə işləyib.


 


Fərid Orucov 2009-cu ildə Azərbaycan Texnologiya Universitetindən Biznes/İdarəetmə İqtisadiyyatı üzrə bakalavr dərəcəsini əldə edib. Bununla yanaşı Fərid Orucov Koç Universitetində təhsil alıb./banker.az