Bu gün səbr, balans və düşünülmüş qərarlar ön planda olacaq. Emosional sabitlik və planlı addımlar bir çox bürc üçün müsbət nəticələr vəd edir.
Gün ani qərarlardan uzaq durmaq, uzunmüddətli planlara üstünlük vermək məsləhət görülür. Səbr və tarazlıq günün əsas açar sözləridir.
Sfera.az bu günün qoroskopunu təqdim edir:
Qoç
Bu gün gündəlik işlər və sağlamlıq məsələləri diqqət mərkəzindədir. İşdə planlı davranış uğur gətirə bilər.
Buğa
Maliyyə məsələlərində ehtiyatlı olmaq tövsiyə edilir. Böyük xərclər və riskli qərarlar üçün uyğun gün deyil.
Əkizlər
İş yükü arta bilər. Səbrli və nizamlı olmaqla çətinliklərin öhdəsindən gəlmək mümkündür. Münasibətlərdə səmimiyyət önəmlidir.
Xərçəng
Maliyyə və ailə məsələlərində ölçülü-biçili addımlar faydalı olacaq. Sakitlik və balans qorunmalıdır.
Şir
Ailə ilə bağlı xoş xəbərlər almaq ehtimalı var. Ətrafdakılara qarşı anlayışlı davranmaq məsləhətdir.
Qız
Enerji və özünəinam artacaq. Karyera və maliyyə ilə bağlı qərarlar üçün münasib gündür.
Tərəzi
Daxili narahatlıq hiss oluna bilər. Astroloqlar tələskən qərarlardan çəkinməyi tövsiyə edirlər.
Əqrəb
Maliyyə məsələlərində intuisiya güclüdür. Açıq və dürüst ünsiyyət münasibətləri möhkəmləndirəcək
Oxatan
İş və məsuliyyətlər ön plandadır. Səbrli və ardıcıl olmaq uğur gətirə bilər.
Oğlaq
İşgüzar görüşlər və mühüm qərarlar üçün əlverişli gündür. Sabitlik müsbət nəticə verəcək.
Dolça
Əməksevərlik öz bəhrəsini verə bilər. Maliyyə baxımından müsbət dəyişikliklər mümkündür.
Balıqlar
Emosional enerji yüksəkdir. Sevgi və münasibətlərdə dərin bağlar qurmaq üçün uyğun zamandır.
Fidan Hacızadə
Sfera.az