Türkiyənin xarici işlər naziri Hakan Fidan, iranlı həmkarı Abbas Əraqçi ilə iki gün ərzində ikinci telefon danışığını həyata keçirib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Xarici İşlər Nazirliyi bildirib ki, Nazir Fidan bölgədəki mövcud gərginliyin həlli üçün danışıqlara ehtiyac olduğunu vurğulayıb.
Fidan əvvəldə Əraqçi ilə danışmışdı. Nazirliyin məlumatına görə, söhbət zamanı İrandakı son hadisələr müzakirə olunub.
Niyaz Hacıyev
Sfera.az