Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.


 


Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.


 


Şuşa şəhərciyində yaşayan 1985-ci il təvvəllüdlü Səbirə Ələkbər qızı Kazımova anası ilə mübahisə edib.


 


Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb.


 


Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.


 


Fakt Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırılır.