Xəbər verdiyimiz kimi, Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib


 


Sfera.az Ölkə.Az-a istinadla bundan öncə maliyyə nazirinin müavini olmuş A.Bayramovun tərcümeyi-halını təqdim edir:


 


O, əslən Gədəbəyin Nərimankənd Kəndindəndir. 1 fevral 1970-ci ildə Bakı şəhərində anadan olub.


 


1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə — İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasını alıb. 2000-ci ildə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirib.


 


Ailəlidir, iki övladı var.


 


Azərbaycanın 7-ci xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.


 


Əmək fəaliyyətinə 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlayıb.


 


1992―1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin "Beynəlxalq vergiqoyma", 1997―1999-cu illərdə isə "İri vergi ödəyiciləri ilə iş üzrə" idarələrinin rəisi olub.


 


2000―2004-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.


 


2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.


 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2004-cü ildən büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir.


 


6 iyun 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.