İsveç Danimarkanın xahişi ilə təlimlərdə iştirak etmək üçün silahlı qüvvələrinin zabitlərini Qrenlandiyaya göndərib.
Sfera.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson sosial mediada məlumat verib.
"İsveç Silahlı Qüvvələrinin zabitləri bu gün Qrenlandiyaya gedir. Onlar bir neçə müttəfiq ölkənin qrupunun bir hissəsidir", - deyə o yazıb.
Baş nazir qeyd edib ki, hərbçilər "Arktika Dözümlülüyü Əməliyyatı" adlı birgə təlimlər keçirəcəklər.