İtaliyada qeyri-adi və diqqətçəkən hüquqi mübahisə başlayıb. Bir restoranın sosial şəbəkədə yayımladığı reklam videosu xəyanəti üzə çıxarıb və nəticədə boşanma ilə bitən qalmaqala səbəb olub.
Sfera.az bildirir ki, Siciliyada yaşayan 42 yaşlı kişi razılığı olmadan yayımlanan videonun şəxsi həyatını alt-üst etdiyini əsas gətirərək, restorana qarşı məhkəmə iddiası qaldırıb. Onun sözlərinə görə, məhz həmin “TikTok” reklamı ailəsinin dağılmasına səbəb olub.
Məlumata görə, restoran xidmətlərini tanıtmaq məqsədilə qısa video paylaşıb. Çəkiliş zamanı kişinin masada əyləşdiyi qadının onun həyat yoldaşı olmadığı məlum olmayıb. Kişi görüntülərin çəkilməsinə razılıq verməsə də, videoda o və yanındakı qadın aydın şəkildə görünür. Paylaşım qısa müddətdə geniş izlənmə toplayıb və video ya birbaşa, ya da kişinin səsini tanıyan tanışları vasitəsilə həyat yoldaşına çatıb.
Sonradan məlum olub ki, kişi həmin axşam evdə iş görüşündə olduğunu deyərək həyat yoldaşını aldatmışdı. Sosial şəbəkədə yayılan video isə onun xəyanətini təkzibolunmaz şəkildə sübut edib. Nəticədə qadın münasibətə son qoyaraq, onu evdən uzaqlaşdırıb.
Aynil