Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb.


 


Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb.


 


Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib.


 


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


 


Faktla bağlı araşdırma aparılır.