Əmanətlərin Sığortalanması Fondunun (Fond) Himayəçilik Şurasının tərkibində dəyişikliklər baş verib.


 


 


Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyevin Fondun Himayəçilik Şurasında üzvlüyünə xitam verilib, onun əvəzinə Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdir müavini Gündüz Əliyev əsas heyət üzvü təyin edilib.