Avstriyanın keçmiş xarici işlər naziri və Sankt-Peterburq Dövlət Universitetinin GORKI Mərkəzinin rəhbəri Karin Kneissl TASS agentliyinə müsahibəsində bildirib ki, İsrail İrana qarşı yeni zərbələr endirə bilər.


 


Sfera.az-ın məlumatına görə, o qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu və kabinet üzvləri bunu dəfələrlə dilə gətiriblər. 




Kneissl əlavə edib ki, əgər İran uranı hərbi məqsədlər üçün zənginləşdirə biləcək səviyyəyə çatarsa, İsrail özünü müdafiə etmək hüququna malik hesab edəcək.


 


Niyaz Hacıyev

Sfera.az