Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2026-cı il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd edək ki, cədvəldə göstərilmiş günlər hava şəraiti ilə əlaqədar dəyişdirilə, həmçinin çimərlik mövsümündə Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.
Əlaqə telefonları: +994 (12) 512-17-32; +994 (12) 512-17-47.
Sıra
№
Texniki baxışın keçiriləcəyi şəhər və rayonlar
Texniki baxışın keçirilmə vaxtı
1.
Şimal regionu üzrə
Fevral ayı ərzində
2.
Muğan regionu üzrə
Mart ayı ərzində
3.
Cənub regionu üzrə
Aprel ayı əzində
4.
Daxili su hövzələri üzrə
Oktyabr ayı ərzində
5.
Bakı şəhəri və Abşeron rayonu üzrə
5.1
Ələt-Bibiheybət istiqamətində
Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
5.2
Zığ-Pirallahı istiqamətində
Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
5.3
Şüvəlan-Nardaran istiqamətində
Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri
5.4
Görədil-Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi istiqamətində
Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri