ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün viza müraciətlərini müvəqqəti olaraq dayandıracaq.


 


Sfera.az xəbər verir ki, bununla bağlı dünyanın ən məşhur saytları məqalə dərc edib. "The guardian" nəşrində yer alan məqalədə bildirilib ki, qərar 21 yanvar tarixindən qüvvəyə minəcək, məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi isə hələlik açıqlanmayıb.


 


Məqsəd sonradan sosial təminat və dövlət güzəştlərindən istifadə edəcək xarici vətəndaşların ölkəyə girişinin qarşısını almaqdır. Bəyanatda yer alıb ki, qərar ABŞ yeni immiqrantların Amerika xalqından sərvət əldə etməyəcəyinə əmin olana qədər qüvvədə qalacaq.


 


Açıqlanan siyahıya Əfqanıstan, Albaniya, Əlcəzair, Ermənistan, Azərbaycan, Belarus, Bosniya, Braziliya, Kuba, Misir, Gürcüstan, Haiti, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Livan, Liviya, Moldova, Mərakeş, Nigeriya, Pakistan, Rusiya, Somali, Sudan, Suriya, Tunis, Özbəkistan və Yəmən daxil olmaqla ümumilikdə 75 ölkə daxildir\axşam.az