İran hakimiyyəti Yaxın Şərqdə gərginliyin kəskin şəkildə artması fonunda ölkəsinin hava məkanını İraqdan gələn uçuşlar üçün bağlayıb.


 


Sfera.az xəbər verir ki, bu barədə “Politico” yazıb.


 


Belə ki, İran İraqdan uçuşlar üçün hava məkanından istifadəyə məhdudiyyətlər tətbiq edib.


 


Qərar mülki aviasiya üçün artan risklər və bölgədə mümkün hərbi eskalasiya ilə bağlı məlumatlar fonunda qəbul edilib.


 


Bağlanma qabaqlayıcı təhlükəsizlik tədbiri kimi qəbul edilir və beynəlxalq aviaşirkətlərin tranzit uçuşları üçün bu dəhlizdən istifadə edən marşrutlarına təsir göstərə bilər.


 


Qeyd edək ki, Böyük Britaniya çərşənbə günü diplomatik heyətinin İranın paytaxtı Tehrandan təxliyə edilməsi barədə qərar qəbul edib.


 




Firuzə Əliyeva

Sfera.az