Səhhəti pisləşən türkiyəli aktyor Ufuk Özkan xəstəxanaya yerləşdirilib.


 


Sfera.az xəbər verir ki, həmkarları Fırat Tanış, Bülent Çolak və Bihter Dinçel qara ciyər transplantasiyası gözləyən aktyoru xəstəxanada ziyarət ediblər.


 


Fotoda Ufukun qarın bölgəsindəki şişlik və dərisindəki ləkələr olduğu diqqət çəkib. 


 


Onu da əlavə edək ki, sözügedən aktyorlar "Geniş aile" serialında birgə rol alıblar.


 


Qeyd edək ki, Ufuk 2022-ci ilin avqustunda həyat yoldaşı Nazan Günəşdən boşanıb. İkilinin bir oğlu var. Bir müddət əvvəl qaraciyər çatışmazlığı səbəbindən orqan transplantasiyası üçün müraciət edən aktyor daha sonra buna ehtiyac qalmadığını demişdi. \axşam.az