UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” (Almaniya) oyununun biletləri satışa çıxır.


 


Sfera.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər 16 yanvar, saat 12:00-dan etibarən satışda olacaq.


 


Standart biletlərin qiyməti:


 


10, 15, 25, 35, 40, 50, 75 AZN

 VIP sektorlar: 200, 250, 300 və 400 AZN

 VVIP sektorlar: 1000 AZN


 


Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.


 


Klubun açıqlamasında bildirilib ki, saxta biletlərə və digər saytlara aldanmayın.