Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Rövşən Sadıxov vəzifəsindən azad edilib.


 


Sfera.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin I müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.


 


Onun digər sərəncamına əsasən, Nihad Qurbanov yeni sədr müavini təyin edilib.