Əfsanəvi müğənni Fred Merkurinin nigahdankənar qızı vəfat edib. Ailəsi onun nadir xərçəng xəstəliyi ilə uzun müddət mübarizə apardıqdan sonra 48 yaşında vəfat etdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, mərhum “Queen” qrupunun solisti qızına "Bibi" deyə müraciət edib və onun haqqında bir neçə mahnı yazıb. Yazıçı Lesli Ann Jones ötən il "Sevgi, Freddi" kitabında ilk dəfə onun varlığını açıqlayıb.
Lesli iddia edib ki, Freddi onu həmçinin "trésor" (fransızca "xəzinə" deməkdir) və "kiçik qurbağa" adlandırıb. "Bijou" və "Don't Try So Hard" mahnılarının ona həsr olunduğu iddia edilir.
Merkurinin 1991-ci ildə vəfat etməzdən əvvəl "Bibi" ilə yaxın münasibətləri olub.
Mərhumun həyat yoldaşı Tomas KİV-ə açıqlamasında xanımının nadir görülən onurğa xərçəngi olan xordoma ilə uzun müddət mübarizə apardıqdan sonra vəfat etdiyini, geridə doqquz və yeddi yaşlı iki oğlu qaldığını bildirib.
O, əlavə edib: "Bi indi sevimli və onu çox sevən atasına qovuşdu. Onun külləri Alp dağlarının üzərində səpələnib".
Lesli-Enn Cons iddia edib ki, “Queen” qrupunun solisti 1976-cı ildə gizli şəkildə "Bibi"nin atası olub və ötən il bunu sübut etmək üçün DNT testinin nəticələrinə sahib olduğunu iddia edib.
Xəbərdən sonra Lesli: “Yaxın dostum olmuş, 32 il ərzində Freddinin həyatına aid olmayan hər kəsi rədd etmək, onların yalanlarına və həyatını yenidən yazmasına meydan oxumaq, həqiqəti üzə çıxarmaq üçün yanıma gələn bu qadının itkisi məni sarsıtdı”-deyə əlavə edib.
Yazıçının sözlərinə görə, "Bibi"yə ilk dəfə gənc yaşlarında xərçəng diaqnozu qoyulub, bir müddət sağalıb və xəstəliyin geri qayıtdığını öyrənəndə atası haqqında əvvəlki kitabını oxuduqdan sonra onunla əlaqə saxlayıb.
“Queen” qrupunun solisti və yaxın dostu Meri Ostinin qızın varlığını inkar etmək cəhdləri onu sarsıdıb. Vəkillər kitabın nəşrinin qarşısını almaq üçün əllərindən gələni etsələr də, uğursuz olublar. Bioqrafiyanın dərc olunmasından sonra artıq Lesli Consla əlaqə saxlamayıblar.
Aynil