Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsi şəhidi, polkovnik Babək Səmidlinin atası Mətləb Səmidlini doğum günü münasibətilə ziyarət ediblər.


 


Sfera.az bildirir ki, görüş zamanı Mətləb Səmidliyə səmimi təbriklər çatdırılıb, ona möhkəm cansağlığı, uzun ömür arzulanıb. Şəhid ailələrinə göstərilən dövlət qayğısının daim diqqət mərkəzində olduğu vurğulanıb, onların problemlərinin həlli istiqamətində müvafiq addımların atıldığı bildirilib.


 


Qonaqlar şəhid Babək Səmidlinin Vətən uğrunda göstərdiyi igidlikdən, onun döyüş yolundan və qəhrəmanlığından söz açaraq, xatirəsinin hər zaman böyük ehtiramla anıldığını qeyd ediblər.


 


Mətləb Səmidli göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və ziyarətdə iştirak edən şəxslərə minnətdarlığını bildirib.