Yanvarın 16-da Sakit okeanın akvatoriyasında, Oregona ştatının sahillərində, Korvallis şəhərindən 340 km qərbdə 5,6 maqnitudalı zəlzələ olub.


 


Sfera.az xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialına istinadən məlumat yayıb.


 


Məlumata əsasən, Bakı vaxtı ilə saat 07:26-da qeydə alınan zəlzələnin episentri sahildən təxminən 270 km məsafədə yerləşib.


 


Episentrdəki silkələnmə intensivliyinə görə zəlzələ "çox güclü" kimi qiymətləndirilib.


 


ABŞ-nin Geoloji Xidmətinin məlumatına görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.