Abşeron rayonunda 45 yaşlı kişi dəm qazından boğularaq ölüb.


 


Sfera.az xəbər verir ki, yeni massivdə yaşayan 1981-ci il təvəllüdlü Usubov Elmidar Fikrət oğlu yaşadığı evdə qızdırıcı sobadan sızan dəm qazından zəhərlənərək həyatını itirib.


 


Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.