ABŞ-nin tətbiq etdiyi ağır sanksiyalar və təchizat zəncirindəki məhdudiyyətlərə baxmayaraq, “Huawei” Çinin smartfon bazarında liderliyini bərpa edib.


 


Sfera.az xəbər verir ki, son hesabatlara görə, “Huawei” 2025-ci ildə “Apple”ı geridə qoyaraq Çində birinci yerə yüksəlib. Hesabata əsasən, “Huawei” 2025-ci ilə qədər 16,4 faiz bazar payı əldə edib və ümumilikdə 46,7 milyon smartfon satıb. “Apple” isə 46,2 milyon ədəd satışla ikinci pillədə qərarlaşıb. Şirkətin bazardakı yüksəlişi əsasən daxili dizaynlı prosessorlardan yenidən istifadə etməsi və istehsal gücünü artırması ilə əlaqələndirilib.


 


Xüsusilə flaqman “Mate 80 Pro Max” modelində tətbiq edilən yeni “Kirin 9030” prosessoru “Huawei”nin uğurunda mühüm rol oynayıb. IDC analitikləri bildiriblər ki, şirkətin daxili çip istehsal proseslərini inkişaf etdirməsi göndəriş sürətini birbaşa dəstəkləyib və “Huawei”ni xarici təchizatçılardan asılılıqdan xilas edib. Reytinq cədvəlinin növbəti pilləsində “Vivo” yer alıb. Şirkət “Apple”dan cüzi fərqlə geri qalaraq 46,1 milyon smartfon satışı ilə üçüncü olub. “Xiaomi” və “Oppo” isə bazarın digər əsas oyunçuları olaraq siyahını tamamlayıb.


 


Bəsti Rəfizadə


Sfera.az