"APF Group" MMC-nin rəhbəri dəyişib. 


 


Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Fuad Əlizadəni Rafiq Xəlilov əvəzləyib. 


 


"APF Group" MMC 6 iyun 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, N.Tusi küçəsi, ev 5/1-də yerləşir.  


 


Şirkətin ilk rəhbəri Fuad Əlizadə olub. O, bundan əvvəl Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində işləyib, gömrük polkovnikidir. 


 


"APF Group" MMC-nin sahibi kimi DGK-nin keçmiş sədri Səfər Mehdiyevin adı çəkilir. Mediada bununla bağlı dərc edilən məlumatlar indiyədək təkzib olunmayıb. 


 


Səfər Mehdiyev 2018-2022-ci illərdə DGK-nın sədri vəzifəsində çalışıb. 


 


"APF Group" MMC dörd istiqamətdə fəaliyyət göstərir: inşaat, kənd təsərrüfatı, hotelçilik və qida sektoru. 


 


Fuad Əlizadənin hansı səbəbdən şirkətin rəhbərliyindən uzaqlaşdırılması bəlli deyil. Məsələ ilə bağlı "APF Group" MMC-dən şərh almaq mümkün olmayıb.