Türkiyənin Adana şəhərində baş verən dəhşətli hadisə ictimaiyyətdə böyük sarsıntı yaradıb. ABŞ vizası və Amerikadakı həyatla bağlı videoları ilə tanınan YouTuber Sergen Altunbaş iki azyaşlı övladını qətlə yetirib.


 




Sfera.az bildirir ki, 8 yaşlı Ada və 6 yaşlı Mertin atası olan Sergen Altunbaşın həyat yoldaşı bir müddət əvvəl ailəni tərk edib. Məlumata görə, bundan sonra hadisə baş verib.


 




Hadisə yerinə gələn qohumların Altunbaşın avtomobilini yandırdığı bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


 




Qeyd edək ki, Sergen Altunbaş “YouTube” platformasında viza məsləhətçiliyi mövzusunda paylaşımları ilə tanınırdı. Onun 34 min izləyicisi olan kanalında ABŞ-dakı həyat və “asan ABŞ vizası almağın yolları” ilə bağlı videolar yer alırdı. Son videosu təxminən 3 ay əvvəl yayımlanmışdı.


 


Aynil