Rusiyanın paytaxtı Moskvanı bürüyən güclü qar yağışı artıq bir neçə gündür gündəlik həyatı iflic edib. Aşağı temperaturları ilə tanınan şəhərdə mövcud vəziyyət meteoroloji müşahidələrin aparılmağa başladığı son 146 ilin ən sərt qış hadisələrindən biri kimi qiymətləndirilir.


 




Sfera.az xəbər verir ki, Moskva və ətraf ərazilər demək olar ki, tamamilə qar örtüyü altındadır. Cənubdan daxil olan güclü soyuq hava dalğası şəhərdə iri qar kütlələrinin yığılmasına, yolların buz bağlamasına səbəb olub.


 




Şəhər təsərrüfatı xidmətləri 24 saat fasiləsiz rejimdə çalışır. Moskva administrasiyasının məlumatına görə, həftəsonundan etibarən şəhər ərazisindən 1 milyon kubmetrdən artıq qar təmizlənib.


 




Qırmızı Meydan, Kreml və digər tarixi məkanlar ağ örtüyə bürünüb. Bildirilir ki, bu həcmdə qar yağışı son 146 ildə nadir haldır. Qeyd edək ki, oxşar miqyaslı hava şəraiti sonuncu dəfə 2018-ci ildə qeydə alınmışdı.


 


Aynil