Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilib.


 


Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.


 


Daha əvvəl bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilirdi.


 


Qanuna əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində veriləcək.