Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


 


Sfera.az-ın məlumatına görə, yanvarın 17-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 11 saylı 10 kV-luq hava xəttində təmir işi aparılacaq.


 


Bildirilib ki, yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


 


Həmin ərazilərə elektrik enerjisinin verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.