Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının palatformasında bir kişi sərnişin dünyasını dəyişib.
Bu barədə Sfera.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.
Firuzə Əliyeva
Sfera.az