ABŞ mərkəzli qeyri-hökumət təşkilatı İran İnsan Haqları Aktivistləri (HRA) İranda davam edən kütləvi etiraz aksiyaları zamanı həyatını itirənlərin sayının 3 min 90-a çatdığını açıqlayıb.


 


Sfera.az xəbər verir ki, ötən il dekabrın 28-də ölkədə həyat bahalılığına etiraz olaraq başlayan və sonradan hökumət əleyhinə çıxışlara çevrilən kütləvi nümayişlər hələ də davam edir.


 


Etiraz aksiyaları ilə bağlı ən son statistika HRA tərəfindən ictimaiyyətə təqdim olunub.


 


Təşkilatın açıqlamasında bildirilib ki, aksiyalar zamanı ölən 3 min 90 nəfərin 2 min 885-i etirazçıdır. Həlak olanlar arasında 19 uşaq və 21 tərəfsiz mülki şəxs də var. Eyni zamanda, 165 təhlükəsizlik qüvvələri əməkdaşı və hökumət tərəfdarı olan mülki şəxsin də həyatını itirdiyi qeyd olunub.


 


HRA-nın məlumatına görə, daha 3 min 882 ölüm faktı hazırda araşdırma mərhələsindədir. Bundan başqa, etirazlar zamanı 2 min 55 nəfərin ağır xəsarət aldığı bildirilib.


 


Hesabatda vurğulanıb ki, kütləvi aksiyalar çərçivəsində saxlanılanların sayı 22 min 123 nəfərə çatıb. İnsan haqları təşkilatı ölkədə vəziyyətin son dərəcə gərgin olaraq qaldığını və hadisələrin beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilməsinin vacib olduğunu bəyan edib.


 


Bəsti Rəfizadə

Sfera.az