Azərbaycanda ictimai və onlayn davranışlarla bağlı qaydalar sərtləşdirilib. 


 


Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununa dəyişiklikləri təsdiqəyib.


 


Yeni qaydalara görə, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən və ya cəmiyyətə açıq hörmətsizlik kimi qiymətləndirilən əməllər qadağan olunur. Sosial şəbəkələrdən söyüş, əxlaqsız məzmun, jest və simvollardan istifadə, eləcə də milli-mənəvi dəyərlərə zidd məlumatların yayılması da qanunla qadağandır. Qadağalar qəbul olunmuş etik və mədəni normalara uyğun olmayan şəkildə bədən hissələrinin nümayiş etdirilməsini də əhatə edir. 


 


Bəzi sosial media istifadəçiləri bu xəbəri xoş qarşılayıb. Bəzi qism istifadəçi isə onu “çoxdan gözlənilən qərar” adlandırıb.  Qərara sevinənlərdən biri yazır:


 


“Çox gözəl! TV-lərdə də bayağı hərəkətlərə və insanlara qadağa qoyulsa, super!”. 




Qərara sevindiyini yazan onalarla istifadəçi bu qərarın ölkə televiziyalarına tətbiq olunma istəyini dilə gətirib. 




Digər bir istifadəçi yazır:


 


"Yaxşı oldu ki, qadağan edildi. Amma bütün sosial şəbəkələr biabırçılıqdır. Bir "Tiktok" yox, hamısı. Söyüşün biri bir qəpik. Adam xəcalət çəkir”. 




Bir istifadəçi isə qərarın icrası zamanı nəyin və necə əsas götürəcəyini sorğulayır:


 


“Əxlaq normasını kim tənzimləyir? Nəyə əsasən tədbir görüləcək? Hicablı, qatı dindarlara görə, yoxsa saçı açıq olanlar bu normanı pozur? Yoxsa, adi şalvar-kofta geyinənlərə görə, göbəyiaçıq, dekoltesi olanlar”.


 


Firuzə Əliyeva

Sfera.az