Rusiyanın Kamçatka bölgəsində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika xidmətinin Kamçatka filialı məlumat yayıb.


 


Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatsak şəhərindən 190 kilometr aralıda, hiposentri (yeraltı ocağı) isə 39 kilometr dərinlikdə olub.


 


Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami həyəcanı elan olunmayıb. Bölgənin sakinləri yeraltı təkanları 3 bala qədər gücdə hiss edib.