Tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Ədalət Rüstəm vəfat edib.


 


Sfera.az xəbər verir ki, bu barədə Tibb Universitetinin Mətbuat xidməti məlumat yayıb.


 


O, ATU-nun I cərrahi xəstəliklər kafedrasında çalışıb.


 


65 yaşlı həkimin ötən gün axşam saatlarında ürək çatışmazlığından vəfat etdiyi bildirilir.