Türkiyənin Ərzurum vilayətinin Yakutiye rayonunda yerləşən mebel sexində güclü partlayış olub.


 


Sfera.az xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.


 


Bildirilib ki, hadisə zamanı içəridə qalan 8 nəfər xəsarət alıb. Onlardan ikisi dünyasını dəyişib.


 


Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.


 


Faktla bağlı araşdırma aparılır./axar