Xarkov yenidən rus ordusunun hücumlarına məruz qalıb. Şəhərin Sənaye rayonundakı mühüm infrastruktur əhəmiyyətli dərəcədə ziyan görüb.


 


Sfera.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terekov Teleqramda məlumat verib .


 


O bildirib ki, zərbələr nəticəsində bir nəfər yaralanıb:


 


"Zərər çox ciddidir. Söhbət şəhəri isti və işıqlı saxlayan sistemə ciddi təsirlərdən gedir. Enerji sektoru hazırda çox çətin vəziyyətdədir”.