Şəmkirdə evin həyətində kişi meyiti tapılıb.


 


Sfera.az-ın məlumatına görə, hadisə səhər saat 7 radələrində rayonun Mahmudlu kəndində qeydə alınıb.


 


Kənd sakini 64 yaşlı Mehman İsrayıl oğlu Qurbanovun meyiti yaşadığı evin həyətində ailəsi tərəfindən aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.


 


Araşdırma aparılır./lent.az