Mingəçevirdə maşın sexində yanğın baş verib.


 


Sfera.az-ın məlumatına görə, hadisə Samux küçəsində qeydə alınıb. Yanğın FHN-nin yanğınsöndürmə briqadası tərəfindən söndürülərək lokallaşdırılıb və alovun qarşısı alınıb. Hadisə zamanı zərərçəkən olmayıb.


 


Faktla bağlı araşdırma aparılır.