“Milan”ın hücumçusu Niklas Fyullkruqun dəyəri 500 min avro olan saatı oğurlanıb.

 


Sfera.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.


 


Mənbənin məlumatına görə, 32 yaşlı futbolçu məşqə gedərkən qarət edilib. Otelə qayıtdıqdan sonra Niklas seyfinin oğurlandığını aşkar edib.


 


Oğrular ümumi dəyəri 500 min avro olan dörd saatı oğurlayıblar.


 


Alman hücumçu “Vest Hem Yunayted”dən “Milan”a satın alma opsionu ilə icarəyə verilib