Qazaxıstanın Atırau vilayətindəki Tengiz neft və qaz yatağında yanğın baş verib.


 


Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.


 


Məlumata görə, yanğın Üçüncü Nəsil Zavodunun 52-ci bölməsində, GTG-1 və GTG-2 qaz turbin generatorları arasındakı transformator ərazisində qeydə alınıb.


 


İlkin məlumata görə, xəsarət alan olmayıb. Bütün işçilər təxliyə edilib. Axar.az