Vikipediyada bütün dövrlər üzrə ən çox baxılan 25 sorğunun siyahısını təqdim edib.


 


Sfera.az xəbər verir ki, bu siyahını “Wikimedia” tərtib edib.


 


Siyahıya “İllər üzrə məşhurların ölümü” adlı səhifə liderlik edir. Bu səhifəyə 647 milyondan çox baxış olub. İkinci yerdə ABŞ haqqında məqalə (328 milyon baxış), üçüncü yerdə isə ABŞ-nin prezidenti Donald Tramp barədə məqalə (325 milyon baxış) qərarlaşıb.


 


Tam top-25 siyahı isə belədir:


 


İllər üzrə ölən məşhurların siyahısı — 647 025 321


ABŞ — 328 501 200


Donald Tramp — 325 397 973


II Yelizaveta — 253 385 102


Hindistan — 210 779 909


Kriştianu Ronaldo — 209 262 818


Barak Obama — 200 619 072


İlon Mask — 197 557 694


İkinci Dünya Müharibəsi — 196 185 039


Böyük Britaniya — 180 986 829


Lionel Messi — 169 027 752


Maykl Cekson — 168 519 508


“Taxt oyunları” — 166 648 136


Adolf Hitler — 163 955 099


Eminem — 159 866 098


Teylor Svift — 157 243 638


Birinci Dünya Müharibəsi — 156 010 435


"The Beatles" — 153 857 741


Dueyn Conson — 141 840 884


ABŞ prezidentlərinin siyahısı — 138 880 465


Kanada — 137 871 236


Ledi Qaqa — 137 724 118


“Oskar” mükafatı — 137 543 219


Freddi Merkuri — 134 515 769


Qeyd edək ki, yanvarın 15-də vikipediya 25 illik yubileyini qeyd edib. Yaranmasından bəri onlayn ensiklopediya 66,3 milyon məqaləyə qədər genişlənib. Axşam.az