Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa YPG/SDQ terror təşkilatının yerləşdiyi bütün cəbhələrdə atəşkəsi nəzərdə tutan yeni razılaşmanı təsdiqləyib.


 


Sfera.az xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.


 


Məlumata görə, yeni razılaşmalara əsasən, YPG/SDQ terror təşkilatının bütün bölmələri Fərat çayının şərq sahilinə köçürüləcək.


 


Hökumət ordusunun bazar günü geri qaytardığı Deyr-əz-Zor əyalətindəki neft və qaz yataqlarının nəzarətinin Suriya hakimiyyətinə keçdiyi də bu sənədlə təsdiqlənib.


 


Razılaşmaya görə, Ayn-əl-Ərəb (Kobani) şəhəri ağır hərbi qüvvələrdən azad ediləcək, orada yerli sakinlərdən ibarət daxili təhlükəsizlik qüvvələri yaradılacaq.