Avropa və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çalışır.
Sfera.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “TASS” üçün hazırladığı analitik məqalədə bildirib. Diplomatın sözlərinə görə, ABŞ və Avropa İsrailin maraqlarına uyğun hərəkət edərək İran xalqına qarşı yeni sanksiyalar gündəmə gətirir. Cəlali qeyd edib ki, bu bədnam agentə (İsrailə) əlavə xidmətlər müqabilində Vaşinqton və Avropa İran əleyhinə təzyiq siyasətini davam etdirir.
O, 2025-ci ilin iyununda İsrailin İrana qarşı keçirdiyi əməliyyatlar zamanı Almaniya kansleri Fridrix Merzin açıqlamalarını xatırladıb. Merz həmin dövrdə İsrailin avropalıların “çirkli işini” gördüyünü demişdi. Cəlalinin fikrincə, bu bəyanatlar mənəvi baxımdan ibrətamizdir və İsrailin İranda evləri və müəssisələri bombalamasını dəstəkləyən birtərəfli koalisiyanın mahiyyətini açıq göstərir.
Almaniya kanslerinin bu açıqlamalarına münasibət bildirən Rusiya xarici işlər naziri Sergey Lavrov isə Fridrix Merzin nasizm və irqçiliyin mütləq təzahürü kimi dəyərləndirilə biləcək çoxsaylı bəyanatlar verdiyini qeyd edib.
Niyaz Hacıyev
Sfera.az