Çərşənbə axşamı günü G3/G4 maqnit qasırğası Yer kürəsinə çatacaq.


 


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.


 


"Qasırğanın yanvarın 20-də Yerə çatacağı gözlənilir. Gözlənilən maqnit qasırğasının səviyyəsi G3/G4-dür", - laboratoriyadan bildirilib.


 


G4 beş ballıq şkala üzrə "çox güclü" maqnit qasırğasını ifadə edir.


 


Qeyd edək ki, bundan əvvəl Günəşdə ən yüksək sinifli ("X" səviyyəli) partlayış olduğu açıqlanıb./publika.az