Hər il yanvar ayının əvvəlində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunacaq imtahanların illik qrafiki ictimaiyyətə təqdim olunur. Hazırda yanvarın ikinci ongünlüyü başa çatmaq üzrə olsa da, hələ də 2025/2026-cı tədris ili üçün buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanmayıb. 


 


Sfera.az məsələyə aydınlıq gətirmək üçün DİM-ə müraciət edib.


 


Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, 2026-cı ildə keçiriləcək imtahanların qrafiki bu ay ərzində elan olunacaq. //Qafqazinfo.az


 


“Hazırda bəzi imtahanların qrafiki üzərində müzakirələr aparılır. Qrafikin yanvar ayı ərzində elan edilməsi nəzərdə tutulur”, - DİM-dən bildirilib.