Yanvarın 19-da Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini, Vətən müharibəsinin qazisi Əsgər Qüdrət oğlu Hüseynov vəfat edib.


 


Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, Əsgər Hüseynovun ölümünə səbəb virus infeksiyası olub.


 


Məlumatda bildirilib ki, dünən ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən qazi yanvarın 19-da səhər saat 10:00-da həyatını itirib.


 


Mərhum bu gün saat 15:00-da Yeni Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq.