Bakı Marafonu 2026-ya qeydiyyat başlayıb.


 


Sfera.az xəbər verir ki, bu barədə “bakumarathon”un İnstaqram hesabında paylaşım edilib.


 


Məlumata görə, Bakı Marafonu ilk dəfə olaraq 42 kilometrlik tam marafon formatında keçiriləcək. Təşkilatçılar idmansevərləri Bakı Marafonu 2026-da iştirak fürsətini qaçırmamağa çağırırlar.


 


18 yaşdan yuxarı şəxslər 19 yanvar-25 aprel tarixləri arasında marathon.az saytına daxil olaraq qeydiyyatdan keçə və adlarını iştirakçılar siyahısına əlavə edə bilərlər.


 


Fidan Hacızadə

Sfera.az