Özbəkistan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Qəzza zolağının idarə olunması məqsədilə yaradılması nəzərdə tutulan “Sülh Şurası”na təsisçi üzv kimi qoşulmağa hazırdır.


 


Sfera.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidentinə ünvanladığı cavab məktubunda bildirib. Prezidentin mətbuat katibi Şerzod Əsədov Telegram kanalında yazıb ki, Şavkat Mirziyoyev Donald Trampdan Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və münaqişələrin həlli ilə bağlı beynəlxalq təşəbbüsə qoşulmaq üçün rəsmi dəvət alıb.


 


“Dövlətimizin başçısı amerikalı həmkarına göndərdiyi cavab məktubunda Özbəkistanın ‘Sülh Şurası’na təsisçi üzv kimi qoşulmağa hazır olduğunu bildirib”, – deyə Əsədov qeyd edib.


 


Niyaz Hacıyev


Sfera.az