Ağdamda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb.
Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Dördyol-1 qəsəbəsi ərazisində qeydə alınıb.
Rayon sakini, 1998-ci il təvəllüdlü Abbasov Sabit Mehman oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb.
Qəza nəticəsində sürücü xəsarət alaraq təcili tibbi yardım vasitəsilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.