Türkiyə Prezidentinin Mühafizə Xidmətinin əməkdaşı Yasin Çakmak həbs olunub.


 


Sfera.az xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunc məlumat verib.


 


O bildirib ki, Y.Çakmak həyat yoldaşı Fatma Çelikə qarşı məişət zorakılığı zəmnində “qəsdən xəsarət yetirmə” ittihamı ilə məhkəməyə çıxarılıb:


 


“Məhkəmənin qərarı ilə Y.Çakmak barəsində həbs qətimkan tədbiri seçilib”./nocomment.az