Bolqarıstan Prezidenti Rumen Radev rəsmi şəkildə vəzifəsindən istefa verdiyini açıqlayıb.
Sfera.az bildirir ki, o bu addımı növbədənkənar parlament seçkilərində iştirak etmək üçün atacağını bildirib.
Radev xalqa müraciət edərək istefasını 20 yanvar 2026-da Konstitusiya Məhkəməsinə təqdim edəcəyini söyləyib.
O, növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətini bir daha təsdiqləyib.
Qeyd edək ki, Radevin çıxışı zamanı vitse-prezident Iliana Yotova-nın onun yerinə prezident vəzifəsini icra edəcəyi vurğulanıb.