ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun kuluarlarında Ukrayna prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüş təyin etməyib.
Sfera.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən yazıb. Bildirilir ki, Trampın çərşənbə günü “Sülh Şurası” ilə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi mövzusunda keçiriləcək iclası planlaşdırılsa da, Ağ Ev Zelenski ilə ayrıca görüş təşkil etmək niyyətində deyil.