Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.




Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.66 ABŞ dolları və ya 2.35% azalaraq 68.88 ABŞ dollarına bərabər olub.

 


Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.54 ABŞ dolları təşkil edib.

 


Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.